11 
Yan
2022
12:28
38
248
5151
Virtual karabakh

Azərbaycanda “Omikron”un tapılması qapanmalara səbəb ola bilərmi?

11 Yan, 2022
12:28
5151

Azərbaycanda “Omikron”un tapılması qapanmalara səbəb ola bilərmi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda “Omikron” virusunun tapılması yenidən real sektorda qapanmalara gətirib çıxara bilərmi?

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov “Facebook” səhifəsindəki paylaşımında bildirib.

Qeyd edib ki, bir müddət öncə koronavirusun yeni “Omikron” variantının aşkar edilməsi bir sıra ölkələrdə yenidən qapanma qərarlarının müzakirəsinə səbəb olub:

“Hətta o zaman dünya birjalarına və neft bazarına ciddi təsir etsə də sonradan qlobal bazalarda bu təsirlər uzunmüddətli olmadı və genişmiqyaslı qapanma qərarları verilmədi. Qlobal iqtisadiyyat da artıq fərqli növ virusların “kəşfinə” adaptasiya olub və “iqtisadi immunitet” yaranıb.

Azərbaycan yumşaq karantin rejimini tətbiq edən ölkələrdəndir. Təbii ki, epidemioloji vəziyyətdən asılı olaraq qərarlar verilir. Bununla belə, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil. Real sektordakı açılımların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir. Bununla belə, dünya bazarlarındakı və eləcə də neft birjalarındakı kəskin dalğalanmalar bir daha təsdiq edir ki, hər zaman xarici şoklar aktiv ola bilər. Buna görə də, iqtisadiyyatdakı mövcud artım tempinin qorunub saxlanması üçün sərt karantin tədbirlərinin yenidən tətbiqi məqsədəuyğun deyil”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri