11 
Yan
2022
23:21
26
630
9873
Virtual karabakh

Ermənilərdən növbəti təxribat: Terrorçunun şəklini Azərbaycan konsulluğunun önünə yapışdırdılar - FOTO

11 Yan, 2022
23:21
9873

Ermənilərdən növbəti təxribat: Terrorçunun şəklini Azərbaycan konsulluğunun önünə yapışdırdılar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənilərin Azərbaycan dövlətinə, azərbaycanlılara qarşı təxribatları ABŞ-da da davam edir.

Oxu.Az xəbər verir ki, ötən gecə ermənilər Azərbaycanın Kaliforniyadakı konsulluğu önündəki dirəklərə terrorçu Qurqen Yanikyanın fotosunu yapışdırıb.

Bununla bağlı fotoları Azərbaycanın Kaliforniyadakı Baş Konsulu Nəsimi Ağayev öz “Twitter” səhifəsində paylaşıb.

Qeyd edək ki, Qurqen Yanikyan ən qatı erməni cinayətkarlarından və terrorçularından biridir. O, 1973-cü ildə Kaliforniyada türk diplomatlara qarşı sui-qəsd edərək, onları öldürüb.

Nəsimi Ağayev paylaşımında həmçinin Yanikyanın nə qədər təhlükəli bir cinayətkar olduğunu göz önünə alaraq aidiyyəti qurumların məsələ ilə bağlı qəti mövqe qoymaları barəsində tələbini də vurğulayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri