12 
Yan
2022
14:16
19
505
2429
Virtual karabakh

Putin və Paşinyan Qarabağdakı vəziyyəti müzakirə etdilər

12 Yan, 2022
14:16
2429

Putin və Paşinyan Qarabağdakı vəziyyəti müzakirə etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrliyi nəzərə alınaraq, Qazaxıstanda KTMT-nin sülhməramlı əməliyyatının gedişi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sülhməramlı kontingentin respublikada vəziyyətin normallaşmasına töhfə verən səmərəli koordinasiya edilmiş fəaliyyəti qeyd edilib.

Eyni zamanda, Qarabağ ətrafında mövcud vəziyyət və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında əldə olunmuş razılaşmaların icrası ilə bağlı bəzi məsələlər müzakirə edilib”, - deyə bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri