12 
Yan
2022
17:48
771
14
1830
Virtual karabakh

Qazaxıstanlı ekspert: “Erməni əsgərlərinin bizə gəlməsi bir türk kimi mənə xoş olmadı” - MÜSAHİBƏ

12 Yan, 2022
17:48
1830

Qazaxıstanlı ekspert: “Erməni əsgərlərinin bizə gəlməsi bir türk kimi mənə xoş olmadı” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Etiraf edim ki, erməni əsgərlərinin Qazaxıstana gəlməsi bir türk kimi mənə xoş olmadı.

Bu sözləri qazaxıstanlı ekspert, beynəlxalq hüquqşünas Ruslan Tusupbekov Media.Az-a müsahibəsi zamanı bəyan edib. Onun sözlərinə görə, ötən il monitorinq aparılıb, Azərbaycan üçün narahat olublar, çoxdan gözlənilən qələbəni və Qarabağ münaqişəsinin bitməsini gözləyiblər.

“İndi isə Ermənistandan bizə hərbçilər gəlib. Bu, hətta məni haradasa alçaltdı. Azərbaycanın KTMT-yə daxil olmadığını nəzərə alsaq, hərbi kontingentinin Qazaxıstana sadəcə dəvət oluna bilməyəcəyini başa düşürdüm”, - deyə o, bildirib.

Ekspert Qazaxıstanda baş verən etirazların arxasında kimin dayandığını bilmədiklərini daha vacib məsələ adlandırdı.

“Mən şəxsən xarici muzdlulara inanmıram, xüsusən də onların 20 min nəfəri olduğuna nəzərə alsaq. Muzdlu hesab olunan qırğız musiqiçisi Vikram Ruzaxunovu xatırlamaq kifayətdir. Yaxşı ki, heç olmasa, sonra buraxdılar”, - deyə müsahib xatırladıb.

Bu səbəbdən də o, mifik əcnəbi terrorçuların sayının 20 minə qaldırılmasının sadəcə təəccüb doğurduğunu vurğulayıb.

“Düşünürəm ki, bizdə Ukrayna ssenarisini həyata keçirmək istəyirdilər; əvvəlcə “tituşkilər” daxil olur, sonra KTMT hərbçiləri guya onlarla vuruşmağa çağırılır... Ona görə də indi KTMT sülhməramlı kontingentinin Qazaxıstanı tərk etməsi çox vacibdir. Rusiyanın davranışını və aqressiv xarici siyasətini nəzərə alsaq, bu, bizim üçün çox təhlükəli məqamdır. Yenə deyirəm, bu, Tokayevin siyasi səhvidir, biz bunu özümüz həll edə bilərdik!”

Beynəlxalq hüquqşünas həmçinin xalqın KTMT hərbçilərinin ölkəyə gəlişini çox mənfi qarşıladıqlarını qeyd etdi.

“Qazaxların 99,9%-i dövlət başçısının belə qərarından hiddətlənib. Dostum o qədər əsəbiləşib ki, təkrar-təkrar deyir: “Mən özümü güllələməyə, hətta ölkəni tərk etməyə də hazıram”. O, başa düşür ki, Rusiya sadəcə olaraq hər hansı bəhanədən istifadə edərək qoşunlarını geri çəkməyə bilər. KTMT-nin sonuncu hərbçisi ərazimizi tərk edənə qədər sakitlik olmayacaq”, - deyə ekspert bildirib.

Müsahib sonda bütün baş verənlərin nə ilə bitəcəyini deməyin çətin olduğunu deyib. Onun sözlərinə görə baş verənlərin indiki hakimiyyət tərəfindən (söhbət Nursultan Nazarbayevin tərəfdarlarından gedir) başlanılıb-başlanılmadığı hələ aydın deyil.

“Bunun nə olduğu bəlli deyil, ona görə də bundan sonra nə olacağını bilmirik. Amma hər halda, bunlar təxribatlı talanlardır və ssenarisi ayaqüstü yazılıb ki, dinc etirazlardan istifadə etməyə vaxt qalsın”, - deyə Ruslan Tusupbekov sözlərini yekunlaşdırıb.

Cəmilə Ələkbərova

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri