13 
Yan
2022
17:08
751
70
4344
Virtual karabakh

Prezident sülhməramlılara hansı mesajı verdi? - VİDEO

13 Yan, 2022
17:08
4344

Prezident sülhməramlılara hansı mesajı verdi? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir.

Daha çox insan oradan gedir. Biz bunu izləyirik. Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışır ki, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun”.

Prezident İlham Əliyevin Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlılar haqqında dediyi bu fikirlər onu göstərir ki, sülhməramlılar nizamnamələrindən kənara çıxır, həm Azərbaycanın qanunlarını pozur, həm də beynəlxalq hüququn tələblərinə zidd addımlar atırlar. Bu da ölkəmizdə narahatlıqla qarşılanır ki, haqlı olaraq dövlət başçısı tərəfindən də tənqid hədəfinə çevrilir.

Politoloqlar Samir Hümbətov və Şəbnəm Həsənova dövlət başçısının toxunduğu bu məsələni Baku TV-yə şərh ediblər.

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri