14 
Yan
2022
11:20
294
38
1564
Virtual karabakh

Türkiyə-Azərbaycan münasibətlərinin 30 illiyi: Cahid Bağçı paylaşım etdi - FOTO

14 Yan, 2022
11:20
1564

Türkiyə-Azərbaycan münasibətlərinin 30 illiyi: Cahid Bağçı paylaşım etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.

Bu münasibətlə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı özünün “Twitter” hesabından paylaşım edib.

“Türkiyə Cümhuriyyətinin qardaş Azərbaycanla əlaqələrinin əsasını cümhuriyyətimizin qurucusu Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamı ilə ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının vəhdəti təşkil edir”, – deyə o, bildirib.

Onun sözlərinə görə, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin “Şuşa Bəyannaməsi” ilə atdıqları imzalar iki qardaş ölkə arasında əlaqələri strateji müstəvidən müttəfiqlik səviyyəsinə qaldırıb.

“Türkiyənin Azərbaycanla diplomatik əlaqələrinin 30-cu ildönümü mübarək, qardaşlığımız əbədi olsun”, - deyə diplomat sözlərini yekunlaşdırıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri