14 
Yan
2022
16:50
267
40
1139
Virtual karabakh

İlham Əliyev: “Bu gün imzalanan sənədlər ölkələrimizin yaxınlaşmasına yalnız töhfə verəcək”

14 Yan, 2022
16:50
1139

İlham Əliyev: “Bu gün imzalanan sənədlər ölkələrimizin yaxınlaşmasına yalnız töhfə verəcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün imzalanan sənədlər ölkələrimizin yaxınlaşmasına yalnız töhfə verəcək”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də Kiyevdə Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.

Dövlət başçısı Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın inkişafı üçün çoxlu imkanların olduğunu qeyd edib.

Prezident İlham Əliyev Ukrayna ilə Azərbaycanın hər zaman bir-birini dəstəklədiyini və bu gün sənədlərin imzalanmasının bu dəstəyin daha bir sübutu olduğunu vurğulayıb.

“Biz bütün istiqamətlər üzrə işləməyə hazırıq”, - dövlət başçısı əlavə edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri çərçivəsində bu gün ikitərəfli 6 sənəd imzalanıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri