15 
Yan
2022
11:39
600
51
6039
Virtual karabakh

Erməni ekspertdən TƏKLİF: “Ermənistanın baş naziri azərbaycanlı olsun” - VİDEO

15 Yan, 2022
11:39
6039

Erməni ekspertdən TƏKLİF: “Ermənistanın baş naziri azərbaycanlı olsun” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistanda baş nazir kimi azərbaycanlı təyin edilsə, mən ancaq dəstəkləyərəm”.

Media.Az-ın məlumatına görə, bunu milliyyətcə erməni olan ukraynalı siyasi ekspert Rüstəm Aloyan deyib.

“Bilirsiniz niyə mən bunu dəstəkləyirəm?! Ermənistanda iki rəhbər var: prezident və baş nazir. Əgər onlardan biri azərbaycanlı olarsa, bu, Azərbaycanla sülhə gətirib çıxarar”, - deyə o, fikrini izah edib.

Ermənistan xalqının bunu necə qəbul edəcəyi ilə bağlı suala isə Aloyan bildirib ki, onlar buna hazırlanmalıdır.

“Əgər mən Ermənistanın prezidenti olsaydım və Azərbaycan, həmçinin Türkiyə xalqları ilə sülhsevər, yaxşı münasibətlər qurmaq istəsəydim, erməni xalqına hörmət edən, Ermənistan iqtisadiyyatının və ölkələr arasında dostluq əlaqələrinin inkişafı üçün çalışmağa hazır olan azərbaycanlını baş nazir təyin edərdim”, - deyə Aloyan bildirib.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri