17 
Yan
2022
11:40
25
225
2538
Virtual karabakh

Mixail Taratuta: “ABŞ üçün Ermənistan daha yaxındır” - MÜSAHİBƏ

17 Yan, 2022
11:40
2538

Mixail Taratuta: “ABŞ üçün Ermənistan daha yaxındır” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Donald Tramp, çoxsaylı bəyanatlarına baxsaq, Rusiya ilə münasibətləri normallaşdırmaq istərdi. Amma hər dəfə bu barədə ağzını açanda və konkret addımlar atanda - məsələn, Vladimir Putinlə görüşəndə, ​​hər şey Rusiyaya qarşı yeni sanksiyalarla başa çatdırdı”.

Bunu Sovet və Rusiyanın əfsanəvi jurnalisti, məşhur “Amerika Mixail Taratuta ilə”, “Rusiya təpələri” proqramlarının müəllifi və aparıcısı Mixail Taratuta Rusiya ilə danışıqlarda Donald Tramp, yoxsa Co Baydenin daha yaxşı fiqur olması ilə bağlı Oxu.Az-ın sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Konqres Trampa heç nə etməyə icazə vermədi.

“Halbuki ABŞ Konstitusiyasına görə, xarici siyasət icraedici hakimiyyətin səlahiyyətindədir. Lakin Konqres bu səlahiyyətləri “Rusiya trekində” mənimsədi. Ona görə də Co Bayden, şübhəsiz ki, hansısa həll yoluna gətirib çıxara biləcək danışıqlar üçün daha əlverişli fiqurdur”, - deyə o, bildirib.

Bununla belə, Qarabağ məsələsində Donald Tramp administrasiyası bitərəf idi - Cənubi Qafqaz məsələlərinə nəzərəçarpacaq müdaxilə olmadı. Co Baydenin rəhbərliyi altında digər tendensiyalar müşahidə olunur.

Ekspert bununla bağlı sualı cavablandırarkən məşğul olmadığı üçün ona Cənubi Qafqaz regionundan danışmağın çətin olduğunu dedi.

“Amma düşünürəm ki, İran, Şimali Koreya və Rusiya istisna olmaqla, Trampı dünyanın əksər regionları maraqlandırmırdı. Tramp hətta ABŞ-ın Avropadakı müttəfiqlərinin də problemləri ilə maraqlanmırdı”, - deyə o, vurğuladı.

Müsahib həmçinin qeyd etdi ki, ABŞ-da çox güclü erməni diasporu var və onun lobbiçiləri Konqresdədir.

“ABŞ-da demək olar ki, bütünlüklə ermənilərin yaşadığı şəhərlər var. Bu səbəbdən, mənə elə gəlir ki, ABŞ üçün Ermənistan daha yaxındır”, - deyə Mixail Taratuta sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri