21 
Yan
2022
14:54
89
49
1100
Virtual karabakh

Ramin Məmmədov: “Cənubi Qafqazda gedən proseslərlə bağlı gündəliyi məhz Azərbaycan müəyyənləşdirir”

21 Yan, 2022
14:54
1100

Ramin Məmmədov: “Cənubi Qafqazda gedən proseslərlə bağlı gündəliyi məhz Azərbaycan müəyyənləşdirir”

“Bu gün Cənubi Qafqazda gedən proseslərlə bağlı gündəliyi məhz Azərbaycan müəyyənləşdirir. 44 günlük müharibədən sonra yaranmış yeni reallıqlar kontekstində bu daha aydın müşahidə olunur”.

Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Azərbaycanın qlobal əhəmiyyətli bir çox təşəbbüsə imza atdığını vurğulayan deputat hesab edir ki, fəal xarici siyasət, enerji resurslarından düzgün və səmərəli istifadə strategiyası, etibarlı və dayanıqlı tərəfdaşlıq münasibətləri Azərbaycanın beynəlxalq münasibətlər sistemində uğurlarını şərtləndirən əsas amillərdir.

Ramin Məmmədov həm pandemiya ilə mübarizə, həm də qlobal əhəmiyyətli bəzi problemlərin həllində ölkəmizin çox önəmli təşəbbüslərlə çıxış etdiyini vurğulayıb.

Bildirib ki, bu təşəbbüslərin əsas məqsədi dünyada sülhün, təhlükəsizliyin təmin olunmasına töhfə verməkdir.

Azərbaycanın Qoşulmama Hərəkatının həmsədri kimi qısa müddətdə ciddi təkliflər irəli sürdüyünü xatırladan deputat pandemiya ilə qlobal mübarizədə bu təkliflərin mühüm rol oynadığını qeyd edib:

“Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi verib. Bundan başqa, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı edilib. 2020-ci ildə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü, BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması, ötən il BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı qətnamənin qəbulu pandemiya ilə qlobal mübarizəyə verilən töhfələrdir. Bir neçə ay öncə isə COVID-19 peyvəndləri ilə bağlı Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülmüş qətnamə BMT-yə üzv dövlətlər tərəfindən qəbul edildi. Bu sənədə 126 dövlətin qoşulması Azərbaycanın irəli sürdüyü təşəbbüslərin dünya üçün əhəmiyyətinin, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir”.

Ramin Məmmədov müasir dövrdə təhlükəsizlik məsələsinin qlobal miqyasda böyük əhəmiyyətə malik olduğunu da vurğulayıb.

O, hesab edir ki, Azərbaycan məhz bu problemlə bağlı bir sıra önəmli müzakirələrin təşkilində fəal iştirak edir:

“Bu gün Azərbaycan bütün dünyaya Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrünün başladığını bəyan edir. Bu, bir tərəfdən bizim ölkəmizin regiondakı proseslərə istiqamət vermək, siyasi və iqtisadi münasibətlərin məzmununu müəyyən etmək gücündə olduğunu göstərir. Digər tərəfdən, Azərbaycanın region ölkələri və xalqlarının rifahı, təhlükəsizliyi və inkişafına xidmət edən siyasət yürütdüyünü təsdiq edir. Heç kim üçün sirr deyil ki, müasir Cənubi Qafqazda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı böyük miqyaslı təşəbbüslərin reallaşdırılması mümkün deyil. Bu, əlbəttə ki, bizim ölkəmizin coğrafi mövqeyi, iqtisadi potensialı, hərbi qüdrəti və siyasi təsir imkanları ilə şərtlənən bir reallıqdır. Biz artıq dünyanın aparıcı dövlətlərinin bu reallıqla hesablaşdığını müşahidə edirik”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri