25 
Yan
2022
16:36
50
399
3771
Virtual karabakh

Deputat: “Kişilərimiz hər şeyi bilmir”

25 Yan, 2022
16:36
3771

Deputat: “Kişilərimiz hər şeyi bilmir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan ailəsinin çox maraqlı spesifik bir xüsusiyyəti var. Bilirik ki, ölkəmizdə normal ailələrdə kişilər qazanır və pullarının əksəriyyəti qadınlarında olur. Belə desək, evdə maliyyə məsələləri üzrə müşavir qadın olur”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət Həsənova deyib.

Deputat qeyd edib ki, uşaqlıqdan atalarımızın qazandığını, analarımızın isə onu idarə etdiyini görmüşük:

“Biz uşaq olanda atam nə qazanıbsa, onun hamısı anamda olub. Anam da idarə edirdi, kimə nə almaq lazımdır, kimə nə etmək lazımdır, bazarlığı necə etmək lazımdır və s. Yəni, bu dediyimə bir çoxları şahiddir. Düzdür, kişi qazanar, gəliri az, ya da çox olar, amma qadın ondan ev qurar. Bu, Azərbaycan ailəsinə məxsus spesifik xüsusiyyətdir”.

Deputat Avropada olan hər bir şeyin Azərbaycan ailəsinə tətbiq edilməsinin düzgün olmadığını vurğulayıb:

“Avropada kişinin və qadının hər birinin pulu öz cibində olur. Deyərdim, bütün Avropa ölkələrinin hamısında bu belədir. Biri çörək alırsa, o biri deyir ki, get qənd al. Amma Azərbaycanda elə deyil axı. Azərbaycanda qadın kişinin pulunu istədiyi kimi xərcləyir. Düzdür, bəzi ailələr var ki, belə deyil. Bilirik ki, Azərbaycanda yüz illər boyu nənələrimiz evin dirəyi olub. Kişi qazanıb, qadın tikib. Biz bu dəyərlərimizi gənclərimiz arasında təbliğ etməliyik. Bəlkə də, bu sözüm kişilərimizin xətrinə dəyəcək. Kişilər axı, hər şeyi bilmir, yəni, bu məsələlərdə hər şeyi bilmir. Kişi gedir bazara hər şey alır, düzdür yaxşı şey alır. Amma qiymət endirimi etmir, qadın isə bu baxımdan qənaətcildir”. 

M.Həsənova Azərbaycan qadınının xarakteristikasının ev quran, qənaətcil olduğunu vurğulayıb:

“Kişilərə təbliğ etməliyik ki, ailənin vahid büdcəsi olmalıdır. Çünki ailəyə biz kiçik dövlət deyirik. Dövlətin də bir siyasəti, prioriteti olur. Ailənin prioriteti nədir? Təbii ki, uşaqları tərbiyəli, təhsilli böyütməkdir. Kişilər bilməlidir ki, ailənin hər bir şeyi bərabər bölünməlidir, maliyyə yaxşı şeylərə xərclənməlidir ki israfçılıq olmasın. Bu, dinimizdə də var. Qənaətcil olmalıdırlar, hər qəpiyin qədrini bilməlidirlər. Xatırlayırsınızsa, 2021-ci ildə möhtərəm prezidentimiz ilk çıxışında belə bir ifadə işlətdi: “Hər bir manatın qədrini bilməliyik”. Bəli, həqiqətən də, elədir. Bu gün heç kəsin qapısına pul tullamırlar, hamı nə qədərsə əziyyət çəkir. Ona görə də, bu cür gözəl dəyərlərimiz var. Bu dəyərlərə hörmət etmək lazımdır, etməyənlərə isə təbliğat yoluyla, kiminsə hissiyyatına toxunmadan anlatmaq lazımdır”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri