28 
Yan
2022
19:48
397
13
2216
Virtual karabakh

Rusiya veteranları Njde haqqında filmin nümayişi ilə bağlı baş prokurora müraciət ediblər

28 Yan, 2022
19:48
2216

Rusiya veteranları Njde haqqında filmin nümayişi ilə bağlı baş prokurora müraciət ediblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya veteranları Rusiya Erməniləri İttifaqının faşist Qaregin Njde haqqında film nümayiş etdirməklə Ermənistan ordusunun gününü qeyd etmək təşəbbüsünə qarşı çıxıblar.

“Report” xəbər verir ki, “Rusiya veteranları” ümumrusiya ictimai hərəkatı nasizmin və onun əlaltılarının reabilitasiyası üçün bu məsələnin araşdırılmasını və buna hüquqi qiymət verilməsi xahişi ilə Rusiya baş prokuroru İqor Krasnova müraciət edib.

Veteranların müraciətlərində qeyd edilir ki, film Böyük Vətən Müharibəsi illərində Hitlerə xidmət edən erməni millətçisinin tərənnümünə həsr olunub.

“Nasist cinayətkarlarına və onların ortaqlarına haqq qazandırmaq üçün edilən istənilən cəhdlər sadəcə tarixin saxtalaşdırılması deyil, eləcə də əxlaqsız xarakter daşıyır”, - veteranlar bildiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri