27 
Mar
2022
18:08
38
929
5770
Virtual karabakh

Qeyri-qanuni erməni silahlı dəstələri mülki şəxslərə zorla silah və hərbi forma paylayır

27 Mar, 2022
18:08
5770

Qeyri-qanuni erməni silahlı dəstələri mülki şəxslərə zorla silah və hərbi forma paylayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri arasında narazılıq artıb.

“Trend” xəbər verir ki, şəxsi heyət çatışmadığından günlərlə postlarda növbə çəkən yerli könüllülər ailələrini uzun müddət görmədikləri üçün etiraz edirlər.

Xankəndidəki mənbələrdən verilən məlumata görə, bu narazılığın qarşısını almaq və xəstələrin yerini doldurmaq məqsədilə separatçı rejim yeniyetmə və yaşlılara forma geyindirərək onları postlarda durmağa məcbur edir.

Bu göstərişə tabe olmaq istəməyənlər təqiblərə və təhqirlərə məruz qalır.

Mənbənin dediyinə görə, Əsgəran istiqamətində postlarda və qeyri-qanuni erməni silahlı dəstələrin sığınacaqlarındakı acınacaqlı şərait səbəbindən xəstələnənlərin də sayı artıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri