Apr
2022
13:44
163
30
4166
Virtual karabakh

Elmar Məmmədyarov Azərbaycandan çıxışına qadağa qoyulması iddiasına aydınlıq gətirdi - VİDEO

1 Apr, 2022
13:44
4166

Elmar Məmmədyarov Azərbaycandan çıxışına qadağa qoyulması iddiasına aydınlıq gətirdi - VİDEO

“Mənim Azərbaycandan çıxışıma qadağa qoyulmamışdı. Bu, sadəcə, pandemiya ilə bağlı idi”.

Oxu.Az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov Baku TV-də yayımlanan “Üzbəüz” verilişində qonaq olarkən Xarici İşlər Nazirliyində korrupsiya ittihamı ilə bağlı vəzifəli şəxslərin həbsi ilə əlaqədar onun ölkədən çıxışına qadağa qoyulmasına dair iddialara cavab verərkən deyib.

O bildirib ki, koronavirus pandemiyasına görə ölkədən çıxmağın bir mənası da yox idi:

“Haraya gedəsən? Getməyə yer də yox idi. Ona görə də mənim sırf o məsələ ilə bağlı ölkədən çıxışıma qadağa qoyulması yalan söhbətdir. Elə şey olmayıb. Amma nöqsanlar var idi. Bunu başa düşürəm. Artıq məhkəmə yolu ilə o işə baxılıb və sübut edilən bütün məsələlər öz həllini tapıb. Həmin şəxslər də indi azadlıqdadırlar”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri