Apr
2022
17:16
61
210
2184
Virtual karabakh

Elmar Məmmədyarov: “Hazırıq deyirsinizsə, gəlin bir otaqda əyləşək və sülh müqaviləsini tərtib edək”

1 Apr, 2022
17:16
2184

Elmar Məmmədyarov: “Hazırıq deyirsinizsə, gəlin bir otaqda əyləşək və sülh müqaviləsini tərtib edək”

“Erməni tərəfi deyir ki, baxın, biz sülh müqaviləsi imzalamağa hazırıq. Çox yaxşı, sülh müqaviləsi imzalamağa hazırsınızsa, gəlin bir otaqda əyləşək və sülh müqaviləsini tərtib edək”.

Bu sözləri “Global Media Group”un media-direktoru, jurnalist Həmid Həmidova eksklüziv müsahibəsi zamanı Azərbaycanın sabiq XİN rəhbəri E.Məmmədyarov deyib.

“Azərbaycan tərəfi beş prinsip təklifini edib və hətta bu prinsipləri dərc də edib. Ermənistan tərəfi deyir ki, bəli, biz öz təkliflərimizlə cavab vermişik. Ancaq bu təkliflər yayımlanmayıb.

Gəlin oturaq, qapıları bağlayaq, sülh müqaviləsini hazırlamaq üçün 24, 48 saat, nə qədər lazımdırsa müzakirə edək”, - deyə E.Məmmədyarov bildirib.

Onun sözlərinə görə, sözügedən prosesin baş verməsinə emosiyalar əngəl olur.

E.Məmmədyarov həmçinin təkbətək görüşlərin sülh sazişinin parametrlərini müəyyən etməyə kömək edəcəyini də bildirib.  

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri