Apr
2022
18:08
127
43
2152
Virtual karabakh

Elmar Məmmədyarov: “Ermənistan rəsmiləri deyirdilər ki, bunu ictimaiyyətə təlqin edə bilmərik”

1 Apr, 2022
18:08
2152

Elmar Məmmədyarov: “Ermənistan rəsmiləri deyirdilər ki, bunu ictimaiyyətə təlqin edə bilmərik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mənim onlarla ünsiyyətdə olduğum dövrdə ermənilər Azərbaycanın gec, ya tez ərazi bütövlüyünü bərpa edəcəyini anlamırdılar. Mən onların hamısına deyirdim ki, siz müharibəyə gətirib çıxaracaqsınız. Sizə bu lazımdırmı?”

Bu sözləri sabiq xarici işlər naziri Elmar Məmmədyarov “Global Media Group”un media-direktoru, jurnalist Həmid Həmidova eksklüziv müsahibəsi zamanı deyib.

E.Məmmədyarovun sözlərinə görə, Ermənistan rəsmiləri münaqişənin sülh yolu ilə tənzimlənməsi məsələsinin ölkələrində yaradacağı ictimai qəzəb dalğasından qorxublar:

“Son illər onlar açıq şəkildə deyirdilər ki, biz bunu Ermənistan ictimaiyyətinə təlqin edə bilmərik, onlar bunu qəbul etməyəcəklər”.

Sabiq nazir qeyd edib ki, ermənilərin qısamüddətli perspektivdə istəyi müstəqillik, uzunmüddətli perspektivdə “Miatsum” adlandırılan Ermənistana birləşdirilmə olub.

“Mən növbəti dəfə həmsədrlərə hər şeyin böhranla nəticələnəcəyini dediyim zaman onlardan biri mənə dedi: “böhran yaradın, ölü nöqtədən çıxa bilək”. Həmsədrlər dalana dirəndiklərini anlayırdılar”, - deyə E.Məmmədyarov bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri