16 
May
2022
16:20
605
79
7243
Virtual karabakh

İlham Əliyevin hədiyyəsi Kraliça II Elizabetə təqdim olunub - FOTO/VİDEO

16 May, 2022
16:20
7243

İlham Əliyevin hədiyyəsi Kraliça II Elizabetə təqdim olunub - FOTO/VİDEO

12-15 may 2022-ci il tarixlərdə Böyük Britaniyada keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu” tədbirləri çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Elizabet Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib. 

“Vindzor Kral Atçılıq Tədbirləri” çərçivəsində Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən Ülyahəzrət Kraliçaya Azərbaycan Prezidenti İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub. 

Kraliçaya hədiyyə olunan at Vindzor qəsrinə gətirilərək haqqında bütün məlumatlar əks olunan sertifikatla birgə yeni sahibinə təhvil verilib.

Daha sonra Azərbaycanın tanınmış heykəltaraşı Faiq Hacıyevin yaratdığı “Alxan” adlı Qarabağ, “Qalxan” adlı Dilbaz atlarının heykəlləri Ülyahəzrət Kraliçaya hədiyyə olunub. Ülyahəzrət II Elizabet hədiyyəyə görə təşəkkürlərini ifadə edib, “Vindzor Kral Atçılıq Şousu” tədbirlərində ənənəvi iştiraka görə minnətdarlığını bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri