16 
May
2022
17:45
568
11
2053
Virtual karabakh

Politoloq: “Üçüncü müharibə başlasa, bu, erməni dövlətçiliyinin sonu olar”

16 May, 2022
17:45
2053

Politoloq: “Üçüncü müharibə başlasa, bu, erməni dövlətçiliyinin sonu olar”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bildiyiniz kimi, Ermənistan müxalifətinin əsasını “Qarabağ klanı” təşkil edir. Onlar isə “qisas” istəyirlər. Amma onlar öz ətraflarında cəmi beş min adam toplaya biliblər. Bu rəqəm isə tədricən azalır. Yəni müxalifətin atdığı addımlar hələlik həlledici deyil”.

Bunu “Report”a açıqlamasında politoloq, professor Qabil Hüseynli deyib.

“Qarabağ klanı”nı dəstəkləyənlər, “suları bulandıranlar” Rusiyadakı erməni diasporu və Rusiyanın siyasi elitasıdır. Buna baxmayaraq, regionda baş verən hadisələr Kremlin mövqelərini zəiflədir. Qlobal proseslər Azərbaycanın xeyrinə inkişaf edir. Bunu İrəvanda da başa düşürlər”.

Q.Hüseynlinin fikrincə, Ermənistanın sülh müqaviləsi imzalamaqdan başqa yolu yoxdur:

“Müxalifət hansısa addım ata bilməyəcək. Qarabağ indi olduğu kimi, gələcəkdə də Azərbaycanın tərkib hissəsi olaraq qalacaq. Bu isə o deməkdir ki, üçüncü Qarabağ müharibəsinin başlanması real deyil. Çünki regionda Azərbaycan-Türkiyə tandemi həlledici gücdür. Əgər üçüncü savaş başlasa, bu, erməni dövlətçiliyinin sonu olar. Bunu baş nazir Nikol Paşinyan yaxşı dərk edir. Odur ki, müxalifətə qarşı mübarizə aparır”.

Qeyd edək ki, Ermənistanda müxalifətin etiraz aksiyaları iki həftəyə yaxındır ki, davam edir. Etirazçılar Paşinyanı satqınlıqda ittiham edirlər. Ermənistanda revanşistlərin aktivliyi ölkəni üçüncü müharibəyə doğru sürükləyir. Revanşistlərin əsas rəhbərləri, keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyan xalqı qırğına aparır. Görünür, 44 günlük savaş onlara dərs olmayıb. Əlbəttə, Azərbaycan bu dəfə də “Dəmir yumruğu”nu işə salmağa hazırdır...

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri