16 
May
2022
17:51
97
34
595
Virtual karabakh

İƏT PA-ya sədrlik Azərbaycana keçəcək

16 May, 2022
17:51
595

İƏT PA-ya sədrlik Azərbaycana keçəcək

Milli Məclisin sədri Sahibə Qafarova mayın 16-da İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan qurumun Parlament Assambleyasının Baş katibi Tahir Hüsseyn ilə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Sahibə Qafarova ölkəmizin İƏT PA ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib. O deyib ki, Azərbaycan İƏT PA-nın fəaliyyətinin gücləndirilməsində və təşkilata üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Spiker bunun təsdiqi kimi, Azərbaycanın 2021-ci ildə İƏT PA-nın nizamnaməsini ratifikasiya etdiyini xatırladıb.

Milli Məclisin sədri Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransına ev sahibliyi etdiyini, tədbirdən sonra təşkilata sədrliyin Azərbaycana keçəcəyini diqqətə çatdırıb.

O bildirib ki, Azərbaycan təşkilata sədrliyi dövründə İƏT PA-nın fəaliyyətinin gücləndirilməsi istiqamətində müvafiq səylər göstərəcək.

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Tahir Hüsseyn görüşə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Milli Məclisin Konfransın keçirilməsi ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib. O, həmçinin Azərbaycanla rəhbərlik etdiyi təşkilat arasında əlaqələrin hazırkı səviyyəsindən razılığını bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri