17 
May
2022
15:17
53
33
1684
Virtual karabakh

Sahibə Qafarovadan ratifikasiya ÇAĞIRIŞI

17 May, 2022
15:17
1684

Sahibə Qafarovadan ratifikasiya ÇAĞIRIŞI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Milli Məclisi İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına sədrliyi dövründə üzv ölkələrin parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini davam etdirəcək”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının iclasında deyib.  

O bildirib ki, İƏT PA-ya üzv olan bütün ölkələr təşkilatın Nizamnaməsini ratifikasiya etməlidir. 

“Biz çağırış edirik ki, İƏT PA-ya üzv ölkələrin hamısı qurumun Nizamnaməsini ratifikasiya etsin”, - deyə o əlavə edib. 

Qeyd edək ki, İƏT PA-ya sədrlik Pakistandan Azərbaycana keçib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri