18 
May
2022
14:35
200
34
1808
Virtual karabakh

İƏT PA Konfransının iştirakçıları Cıdır düzündə olublar - YENİLƏNİB + FOTO

18 May, 2022
14:35
1808

İƏT PA Konfransının iştirakçıları Cıdır düzündə olublar - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya səfərləri çərçivəsində Cıdır düzündə olublar.

“Report”un xəbərinə görə, onlar Cıdır düzündən açılan mənzərəni seyr ediblər, xatirə şəkilləri çəkdiriblər.

13:23

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşa şəhərində Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş büstlərini ziyarət ediblər.

“Report”un xəbərinə görə, Azərbaycan əsilli məşhur Fransa fotoqrafı Reza Deqati “Güllələnmiş heykəllər”lə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.

09:52

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament Assambleyasının (PA) Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya səfərə yola düşüblər.

“Report”un xəbərinə görə, onlar şəhərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, İƏT PA-nın Baş katibi, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətləri Azərbaycanda səfərdədirlər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri