18 
May
2022
20:26
34
187
915
Virtual karabakh

Rusiya Ermənistan-Azərbaycan sərhəd delimitasiyası üzrə ekspert qrupunu formalaşdırıb

18 May, 2022
20:26
915

Rusiya Ermənistan-Azərbaycan sərhəd delimitasiyası üzrə ekspert qrupunu formalaşdırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib ki, nəhayət, Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ekspert qrupunu formalaşdırıb.

Onun sözlərinə görə, Rusiyanın azərbaycanlı və erməni tərəfdaşları milli nümayəndə heyətinin formalaşdırılması prosesinin başa çatmasının yaxın olduğunu bəyan ediblər.

“Moskva Rusiyanın məsləhətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sonra demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasının tərəfdarıdır. Düşənbədə keçirilən son görüşdə azərbaycanlı və erməni tərəfdaşlar milli nümayəndə heyətinin formalaşdırılması prosesini başa çatdırmağa yaxın olduqlarını bildiriblər. Rusiya artıq öz ekspert qrupunu formalaşdırıb. Biz gözləyirik ki, yaxın gələcəkdə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə əməli işə başlamaq mümkün olacaq”, - deyə Zaxarova bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya postsovet məkanında sərhəd mübahisələrinin həlli sahəsində unikal ekspert potensialına malikdir. Eyni zamanda, Moskva “komissiyanın fəaliyyəti çərçivəsində öz təcrübəsini azərbaycanlı və erməni dostları ilə bölüşməkdən məmnun olacaq”.

Diplomat vurğulayıb ki, Rusiya tərəfi Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpası üzrə baş nazirin müavinlərindən ibarət üçtərəfli işçi qrupunun fəaliyyətini yüksək qiymətləndirir.

“Biz Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi əlaqələri açılması vəzifəsini Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması kontekstində əsas vəzifələrdən biri hesab edirik”, - deyə Zaxarova bildirib.

O qeyd edib ki, üçtərəfli işçi qrupun həmsədrləri bütün tərəflərə uyğun həllərin hazırlanması üçün müntəzəm olaraq əlaqə saxlayırlar.

Mənbə: news.ru

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri