19 
May
2022
10:06
111
21
1696
Virtual karabakh

Fərid Şəfiyev: “Sərhəd qüvvələri Paşinyana tam tabe olmur”

19 May, 2022
10:06
1696

Fərid Şəfiyev: “Sərhəd qüvvələri Paşinyana tam tabe olmur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev son zamanlar Ermənistan tərəfindən dövlət sərhədində törədilən təxribatlara münasibət bildirib.

Qurum rəhbəri “Report”a açıqlamasında deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hərbi qüvvələrə tam nəzarət edə bilmir.

“Bu strukturlarda uzun illərdir ki, Ermənistanın keçmiş dövlət başçıları Robert Koçaryan və Serj Sarqsyan klanının adamları işləyir. Bu hal Ermənistanın Xarici İşlər Nazirliyində (XİN) də müşahidə olunurdu. Hazırkı XİN rəhbəri isə o sistemdən deyil. O, kənardan gətirilən bir şəxsdir. Mən düşünmürəm ki, Paşinyan hökuməti sərhəd zonasında hər hansı bir münaqişə, gərginlik ocağının yaranmasında maraqlıdır. Hesab edirəm ki, sərhəd qüvvələri ona tam tabe olmur”, - F.Şəfiyev bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri