20 
May
2022
15:21
119
11
704
Virtual karabakh

Terri Sandell: “Qarabağda minalanmış ərazilərin miqyası heyrət doğurur”

20 May, 2022
15:21
704

Terri Sandell: “Qarabağda minalanmış ərazilərin miqyası heyrət doğurur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ilk dəfə qədəm qoyarkən minalanmış ərazilərin miqyası məni heyrətə gətirdi”.

“Report” xəbər verir ki, bunu mədəniyyət və yaradıcılıq sənayesi sahəsində beynəlxalq ekspert olan Terri Sandell deyib.

“Mina təhlükəsi və bununla bağlı onların zərərsizləşdirilməsi ilə bağlı problemləri, əlbəttə ki, burada olan insanlar başa düşürlər”, - o bildirib.

T.Sandell hesab edir ki, Şuşanın intibahı və bu dirçəlişin davamlı olması ilə bağlı iki əsas problem var:

“Birinci problem minalardır. Fiziki cəhətdən orada təhlükəsiz olmaq üçün ərazini minalardan təmizləməliyik. Amma biz həm də ölkələr arasında qarşılıqlı anlaşma və barışıq olması, uzun müddət təhlükəsizlikdə olmaq və bir daha müharibənin baş verməməsi üçün zehnimizi, düşüncələrimizi təmizləməliyik”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri