20 
May
2022
17:03
130
24
955
Virtual karabakh

Ceyhun Bayramov Turində iki ölkənin XİN başçısı ilə müzakirələr apardı – FOTO

20 May, 2022
17:03
955

Ceyhun Bayramov Turində iki ölkənin XİN başçısı ilə müzakirələr apardı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya Respublikasının Turin şəhərində keçirilən Avropa Şurasının Nazirlər Komitəsinin iclası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviç ilə görüşüb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə, Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyətindən məmnunluq ifadə edilib. Nazirlər ikitərəfli əməkdaşlığın iqtisadi, ticarət, siyasi, humanitar və s. sahələrdə inkişafı perspektivlərini qeyd ediblər.

Görüş zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş”in yaxın zamanda qüvvəyə minməsi, mülki aviasiya sahəsində əməkdaşlıq, həmçinin iki ölkə arasında mövcud olan turizm potensialının səmərəli istifadəsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. 

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə ediblər.

***

Ceyhun Bayramov ispaniyalı həmkarı Xose Manuel Albares ilə də görüşüb.

Görüşdə nazirlər İspaniya və Azərbaycan arasında ikitərəfli siyasi və iqtisadi münasibətlərin inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər. 

Tərəflər, iki ölkə arasında qarşılıqlı səfərlərin həyata keçirilməsinin önəmini qeyd edərək, hər iki nazirlik tərəfindən bunun təşviq olunmasına dair razılıq ifadə ediblər.

Nazirlər ölkələrimiz arasında bir sıra istiqamətlər üzrə, o cümlədən iqtisadi, enerji, elm-təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə ediblər. 

Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığı məsələləri üzrə fikir mübadiləsi aparılıb, İspaniyanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını dəstəklədiyi qeyd edilib.

Nazir Ceyhun Bayramov həmkarına bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, minaların təmizlənməsi, məcburi köçkünlərin təhlükəsiz şəraitdə evlərinə geri dönmələri üçün görülən işlər, Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar barədə məlumat verib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri