20 
May
2022
18:21
241
21
1866
Virtual karabakh

Andrey Okara: “İkinci Qarabağ müharibəsi təcrübəsi Ukraynaya kömək edir” - MÜSAHİBƏ

20 May, 2022
18:21
1866

Andrey Okara: “İkinci Qarabağ müharibəsi təcrübəsi Ukraynaya kömək edir” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ ətrafında Ermənistan-Azərbaycan münaqişəsi keçmiş SSRİ-də təsir rıçaqları uzun müddət Moskvada qalmış ilk belə münaqişə idi. Amma 2020-ci ilin payızında Kremldə və Ostankinoda anti-Azərbaycan və ya ermənipərəst əhval-ruhiyyənin hökm sürdüyünü deməzdim. Rusiya nə Ermənistanı, nə də ki, Azərbaycanı dəstəkləmirdi, Cənubi Qafqazda mövcudluğunu gücləndirməyə çalışırdı”.

Bu barədə rusiyalı politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru, Şərqi Avropa Araşdırmaları Mərkəzinin direktoru Andrey Okara Oxu.Az-a danışıb:

“Vəziyyət bir xətt üzrə getməyən və çox mürəkkəb idi. Diqqət edin, Rusiya televiziyasında erməni əsilli və ya erməni soyadlı nə qədər adamlar var! Əsas da Kreml tərəfində və “biz, Rusiya, böyük dünya dövlətiyik!” kimi ifadələrlə. Lakin İkinci Qarabağ Müharibəsi zamanı Rusiya televiziyasında erməni soyadlı insanlar daha az idi və iki görkəmli natiq - Semyon Baqdasarov və Arayik Stepanyan 2020-ci ilin oktyabrında ümumiyyətlə efirdən yoxa çıxdılar”.

Politoloq deyir ki, “Rusiyanın KTMT çərçivəsində Ermənistan qarşısında öhdəlikləri var, həmçinin orada 102-ci Rusiya hərbi bazası və Rusiya sərhədçiləri də var. Yanaşı olaraq, Ermənistan Rusiyaya “böyük qardaş” və onun mövcudluğunun qarantı kimi yanaşmağa məcbur olub. Belə də ki, Serj Sarqsyandan daha böyük kremlpərəst prezident təsəvvür etmək çətin idi. Və birdən-birə inqilab nəticəsində Kreml əhlinin fikrincə ABŞ-ın, NATO-nun, Sorosun və eyni zamanda bütün dünya şərinin agenti olan baş nazir Nikol Paşinyan peyda olur. Və o, nümayişkaranə şəkildə cəzalandırılmalı idi! Ona görə də Ermənistan KTMT çərçivəsində yardım gözləmədi (əslində bunun üçün heç bir formal əsas da yox idi). Və bu, Rusiya hökumətinin strukturlarında və Rusiya təbliğatında çox sayda erməni və ya Ermənistana rəğbət bəsləyən insanların olmasına baxmayaraq baş verdi”.

Kreml taktiki məqsədlərin prioritetindən çıxış etdi və nəticədə məlum oldu ki, o, strateji baxımdan həm Azərbaycanla, həm Türkiyə ilə münasibətlərdə, həm də Ermənistan və erməni cəmiyyəti ilə münasibətlərdə məğlubiyyətə düçar olub – hazırda adekvat ermənilərin əksəriyyəti inanırlar ki, “Kreml onları atdı”.

Ancaq bu, 2020-ci ilin sonuna qədərki vəziyyətdi. İndi isə Rusiya özünü yeni gözlənilməz situasiyaya – dünya siyasətindən və iqtisadiyyatından total “imtina”, “üstündən xətt çəkilmiş” vəziyyətə düşüb: Qərbdə, nəinki Qərb dünyasında belə bir konsensus yaranıb ki, onun sivil dünya ölkələri arasında yeri yoxdur. Və bu qlobal çağırış şəraitində Rusiyanın Cənubi Qafqazdakı təsirinin nüansları artıq nə Ermənistan, nə Azərbaycan, nə də Türkiyə üçün kritik əhəmiyyət kəsb etmir və təsiri özü gözdən düşəcək.

Təqdirəlayiq haldır ki, modernləşmiş və motivasiyalı Azərbaycan ordusunun texnoloji cəhətdən geridə qalmış və Rusiyadan asılı Ermənistan ordusunu darmadağın etdiyi İkinci Qarabağ Müharibəsi təcrübəsi Ukraynada diqqətlə təhlil edilib. Uğursuz da görünmür”.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri