22 
May
2022
14:43
274
20
776
Virtual karabakh

Şuşada Azərbaycan Türkiyə və Gürcüstan parlamentarilərinin iclası başa çatıb - YENİLƏNİB

22 May, 2022
14:43
776

Şuşada Azərbaycan Türkiyə və Gürcüstan parlamentarilərinin iclası başa çatıb - YENİLƏNİB

Azərbaycan,Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin Şuşa şəhərində keçirilən VII üçtərəfli iclası başa çatıb.

"Report"un xəbərinə görə, toplantıda hər üç ölkənin parlamentləri arasında münasibətlərin daha da dərinləşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra parlamentarilər Şuşa şəhərindəki bir sıra tarixi-mədəni abidələri yerləri ziyarət edəcəklər, Cıdır düzündə olacaqlar.

13:05

Şuşa şəhərində Azərbaycan,Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilir.

“Report”un xəbərinə görə, toplantıda hər üç ölkənin parlamentləri arasında münasibətlərin daha da dərinləşdirilməsi və digər məsələlər müzakirə olunur.

Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç, Gürcüstan nümayəndə heyətinə isə ölkə parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze başçılıq edirlər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri