22 
May
2022
23:57
419
31
1885
Virtual karabakh

Estoniya Parlamentinin sədri Azərbaycana gəlib – YENİLƏNİB + FOTO/VİDEO

22 May, 2022
23:57
1885

Estoniya Parlamentinin sədri Azərbaycana gəlib – YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Estoniya parlamentinin (Riiqikoqu) sədri Yüri Ratasın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Oxu.Az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Estoniya parlamentinin nümayəndə heyətini Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Jalə Əhmədova və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Estoniya parlamentinin sədri Yüri Ratasın dövlət və hökumət rəsmiləri ilə görüşü nəzərdə tutulub.

20:25

Estoniya Parlamentinin sədri Yuri Ratas Azərbaycana səfərə gəlir.

Bu barədə o, öz “Facebook” profilində video payalşıb.

Ratas Azərbaycan Prezidenti, Baş nazir və Milli Məclisin sədri ilə görüşlər keçirəcəyini yazıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri