23 
May
2022
19:11
18
161
1782
Virtual karabakh

Aleksey Muxin: “Brüsseldəki görüş Moskvada qısqanclıq yaratmır” - Rusiyadan ŞƏRH

23 May, 2022
19:11
1782

Aleksey Muxin: “Brüsseldəki görüş Moskvada qısqanclıq yaratmır” - Rusiyadan ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının rəhbəri Şarl Mişel arasında Brüsseldə keçirilən üçtərəfli görüş Rusiyada heç bir qısqanclıq yaratmır.

Bunu Oxu.Az-a Rusiya Siyasi İnformasiya Mərkəzinin baş direktoru, “Valday” klubunun eksperti Aleksey Muxin deyib:

- Moskvada anlayırlar ki, tərəflər yumurtaları müxtəlif səbətlərə yığırlar. Bu görüş Rusiyanın Azərbaycanla, Rusiyanın Ermənistanla münasibətlərini bir növ korlamaq kimi qəbul edilmir. Biz çox gözəl başa düşürük ki, Bakı və İrəvan vasitəçilərin sayını artırmaqda maraqlıdır. Və mən Moskvada bu barədə heç bir qıcıqlandırıcı siqnal eşitmədim. Əgər belə bir hal mövcuddursa da, onu çox yaxşı gizlədirlər.

- Həm Rusiya, həm də Avropa rəhbərliyinin bəyanatlarında ATƏT-in Minsk qrupundan bəhs edilmir. Belə ki, bu dəfə Avropa Şurasının rəhbəri Şarl Mişel ATƏT-in adını çəkməyib. Amma Ermənistanın baş naziri Nikol Paşinyan daim bu strukturdan danışır. Niyə?

- Ola bilsin ki, rəsmi İrəvanla ATƏT arasında müəyyən yaxınlıq var. Bəlkə Nikol Paşinyanın ATƏT-ə qarşı şəxsi isti münasibəti var? Mənim üçün bunu izah etmək çətindir.

- Ermənistanda artıq bir neçə həftədir ki, Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə mümkün sülh sazişləri imzalanmasından hiddətlənən müxalifət aksiyalar keçirir. Müxalifətin bu cür fəaliyyəti Ermənistanın hazırkı rəhbərliyini sülh prosesini ləngitməyə vadar edə bilərmi?

- Məndə olan məlumata görə - yox. Ermənistan hakimiyyəti müxalifətin radikal hərəkətlərinin arxasında nə olduğunu anlayır. Bu, sülh prosesi ilə heç bir əlaqəsi olmayan hakimiyyəti dəyişmək cəhdidir.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri