24 
May
2022
11:36
65
195
671
Virtual karabakh

İranın neft naziri Azərbaycana səfər edəcək

24 May, 2022
11:36
671

İranın neft naziri Azərbaycana səfər edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın neft naziri Cavad Ovci iyunun əvvəlində Azərbaycana səfər edəcək.

“Report” xəbər verir ki, iranlı nazir iyunun 2-3-də Bakıda keçiriləcək Bakı Enerji Forumunda iştirak edəcək.

Forumda “Energetika keçid dövründə - Transformasiya olunan dünyada yeni imkanlar və çağırışlar”, “Qlobal enerjinin inkişafı icmalı”, “Xalis sıfıra aparan yol”, “Enerji sektorunda az karbonlu gələcəyə keçid üçün kadr potensialı” adlı plenar sessiyalar keçiriləcək. Forumda Xəzər regionunda yeni hasilat imkanları, qaz marşrutları, neft emalı və neft-kimya layihələrinin maliyyələşdirilməsi də nəzərdən keçiriləcək.

Daha əvvəl, yaxın vaxtlarda Azərbaycan və İran arasında Xəzər dənizində neft və qaz yataqlarının işlənməsinə dair yeni sazişlərin imzalanacağı barədə xəbər verilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri