24 
May
2022
13:09
145
12
605
Virtual karabakh

Azərbaycan-Türkiyə-Gürcüstan Parlament Assambleyası yaradılır

24 May, 2022
13:09
605

Azərbaycan-Türkiyə-Gürcüstan Parlament Assambleyası yaradılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan-Türkiyə-Gürcüstan Parlament Assambleyası yaradılır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze bildirib.

Onun sözlərinə görə, bununla bağlı qərar Bakıda keçirilən görüşlərdə qəbul olunub:

“Gürcüstan-Türkiyə-Azərbaycan Parlament Assambleyasının yaradılması üzərində işləmək üçün mühüm qərar qəbul etdik. Bu, parlamentlər arasındakı əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəldəcək. Assambleyanın yaradılması parlamentlərin xarici əlaqələr komitələrinin əməkdaşlıq formatının nəticəsi olacaq, lakin bizim format paralel olaraq fəaliyyətini davam etdirəcək”.

N.Samxaradze deyib ki, xarici əlaqələr komitələrinin rəhbərlərinin növbəti illik toplantısının gələn ilin yazında Gürcüstanda keçirilməsi planlaşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri