24 
May
2022
15:54
32
147
2644
Virtual karabakh

Baydenin hədə notları: Çin müharibə üçün əsaslar axtarır – TƏHLİL

24 May, 2022
15:54
2644

Baydenin hədə notları: Çin müharibə üçün əsaslar axtarır – TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinlə ABŞ arasında Tayvan amilinə görə hibrid müharibə davam edir və Ağ Ev başçısı Co Bayden Pekini hədələmək həddinə qədər gəlib çatıb.

Bayden hədə ritorikasını İkinci Dünya müharibəsində ABŞ-ın düşməni, indi isə müttəfiqi olan Yaponiyada səsləndirib.

Baydenin açıqlamasının məğzi budur ki, Çin Tayvana müdaxilə edəcəksə, ABŞ da Tayvanı müdafiə edəcək.

Bayden bununla da ABŞ-ın Tayvana dair strateji qeyri-müəyyənlik mövqeyindən uzaqlaşdığını göstərir. Lakin ümumi tabloda strateji qeyri-müəyyənliklər hələ də mövcuddur.

Birincisi, yəqin ki, cənab Bayden NATO-nun da gücünə arxalanır, amma NATO, çətin ki, öz qüvvələrinin Çinlə üz-üzə gəlib təhlükəli sularda üzməsinə razılıq versin.

İkincisi, görünür ki, ABŞ özü də Çindən çəkinir, Tayvana görə əlavə hərbi xərclərə girmək ABŞ-ın fövqəladə maraq dairəsində sayıla bilməz.

Üçüncüsü, ABŞ-la Çin arasında 1972-ci ilin fevralında əldə edilən sövdələşmə təcrübəsi özünü bu günə də transformasiya edə bilər, həmin zaman Vaşinqton Pekinlə açıq-gizli təmaslara keçərək Tayvanı “Allahın ümidinə” buraxmışdı.

Dördüncü, ola bilsin ki, ABŞ Çinin Tayvana dair strateji zəkasını öyrənmək üçün hədə tonuna keçir, çəkindirici tezislər yaradır, məqsəd veriləcək adekvat cavablarla Pekinin niyyətinin miqyasını ölçməkdir.

Ya vəlvələdən, ya da zəlzələdən, Çinin Tayvana hücum edəcəyi proqnozları getdikcə həqiqətə yaxınlaşır, lakin konkret hərbi planlar barədə Qərbdə səhih məlumatların olmadığı görünür.

Eskalasiya riskinin azaldılması və əlverişli nəticələrin alınması çoxşaxəli dincməqsədli variantlar yaratmaqdan asılıdır.

Ancaq partlayış həddində olan səbir kasaları alternativlər üçün əhəmiyyətli yer buraxan qərarların qəbul edilməsini ləngidəcək.

Pekin Çin dənizindəki hərbi aktivliyini artırdıqca, Tayvanın hava məkanına girdikcə vəziyyət daha da qaranlıqlaşır.

Çinin Tayvana və onun ətrafına müdaxilə reallaşdırmaq üçün əhəmiyyətli dərəcədə hərbi imkanları var, regiona yaxınlıq isə ABŞ-Çin qarşıdurması ssenarisində Çini daha üstün edəcək.

Bunlara baxmayaraq, müdaxilə üçün Çinin qarşısında problemli çağırışlar da dayanır. Çinin hərbi strateqləri Rusiya-Ukrayna müharibəsinin gedişatları və nəticələrini təhlil edərək Tayvana daha effektiv və sürətli hücum planını işləyirlər.

Çinin hücuma əsas yaratması üçün digər səbəb də tapıla bilər: O ssenari belədir:

- Çin sərt karantin qaydaları tətbiq edir;

- Tayvanın həmin qaydalara əməl etməyəcəyini dəqiq bilir;

- Bununla da Tayvan üzərində yeni hüquqi, iqtisadi təzyiq (Tayvana daşımalara məhdudiyyət qoya bilər) elementi yaradır;

- Yekunda Tayvana qoşun yeridir.

Birləşmiş Ştatların Çini sanksiyalarla çəkindirməsi effektiv siyasət deyil, çünki Çində həmişə iqtisadi alternativlər mövcuddur.

Ona görə də Çinin öz ərazisi olan Tayvana müdaxiləsi ehtimalları çoxdur.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri