24 
May
2022
20:06
289
83
1157
Virtual karabakh

Belarus Prezidenti İlham Əliyevi təbrik edib

24 May, 2022
20:06
1157

Belarus Prezidenti İlham Əliyevi təbrik edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Çətin sınaqlardan keçmiş qardaş Azərbaycan xalqı bu gün haqlı olaraq dövlət quruculuğundakı, iqtisadi və sosial sahələrin inkişafındakı nailiyyətləri, beynəlxalq aləmdə nüfuzu ilə fəxr edə bilər.

Minsk Bakı ilə əməkdaşlığın, dostluğun və qarşılıqlı anlaşmanın indiki səviyyəsini yüksək qiymətləndirir.

Əminəm ki, çoxşaxəli Belarus-Azərbaycan tərəfdaşlığı yeni perspektiv layihələrlə zənginləşəcək və bundan sonra daha da möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji və bütün planlarınızın həyata keçməsini, Azərbaycan xalqına isə sülh və yeni-yeni uğurlar arzulayıram”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri