25 
May
2022
14:36
26
98
2304
yuxarı
“Avto FM” radiosu DİN-in nəzarətinə keçib
25 May, 2022
14:36
2304
26
98
“Avto FM” radiosu DİN-in nəzarətinə keçib
“Avto FM” radiosu Daxili İşlər Nazirliyinin (DİN) nəzarətinə keçib.
“Report” xəbər verir ki, bu, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) DİN-in tabeliyinə verilməsindən sonra baş tutub.
Belə ki, NİİM əvvəllər Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olub. Prezident İlham Əliyevin bu il fevralın 7-də imzaladığı fərmanla “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” MMC DİN-in tabeliyinə verilib. Bununla “Avto FM” radiosu da DİN-in nəzarətinə keçib, hazırda radio NİİM-in tabeliyində fəaliyyətini davam etdirir.
Qeyd edək ki, “Avto FM” MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Cavid Neymətzadədir.
Xatırladaq ki, hazırda NİİM-in rəhbəri polis polkovnik-leytenantı Namidan Piriyevdir.