28 
May
2022
14:54
842
38
4179
Virtual karabakh

Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfərə gəlib - YENİLƏNİB + FOTO

28 May, 2022
14:54
4179

Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfərə gəlib - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

09:10

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. 

Oxu.Az xəbər verir ki, Türkiyənin dövlət başçısı Prezident İlham Əliyevlə Azərbaycanın Müstəqillik Gününü birgə qeyd edəcək. 

Birgünlük səfər çərçivəsində Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalının keçirildiyi məkana da baş çəkəcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri