28 
May
2022
16:08
242
11
807
Virtual karabakh

Hyuston meri 28 May – Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıb

28 May, 2022
16:08
807

Hyuston meri 28 May – Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Texas ştatının Hyuston şəhərində 28 May - Müstəqillik Günü münasibətilə bəyannamə qəbul edilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Hyuston şəhər meri Silvestr Törnerin (Sylvester Turner) imzaladığı bəyannamədə Azərbaycan əsilli amerikalıların Texas ştatında regional müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və rifaha töhfələr verən dinamik icma kimi tanındığı vurğulanıb. Hyustonla Bakının qardaşlaşmış şəhər olduqları, mədəniyyət və təhsil sahələrində təcrübə mübadiləsi həyata keçirdiyi, Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının bu əməkdaşlıq əlaqələrinin qurulmasında böyük rol oynadığı nəzərə çatdırılıb.

Dünyada, o cümlədən ABŞ-da yaşayan milyonlarla azərbaycanlının Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümünü qeyd etdiyini vurğulayan mer icma üzvlərimizi bayram münasibətilə təbrik edib. 

Şəhər merinin bəyannaməsi Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rəhbəri İradə Axundovanın təşəbbüsü ilə qəbul edilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri