13 
İyn
2022
13:24
163
6
2264
Virtual karabakh

Anatoli Nikiforov: “Nəticədə Ermənistan heçə çevrildi”

13 İyn, 2022
13:24
2264

Anatoli Nikiforov: “Nəticədə Ermənistan heçə çevrildi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nikol Paşinyanın Ermənistanda hakimiyyətə necə gəldiyini çox yaxşı başa düşürük. O, ABŞ-ın himayədarı olaraq öz yerində qalmaq istəyir. Amma digər tərəfdən, Paşinyan yaxşı bilir ki, əgər Rusiya onu dəstəkləməsə, o zaman uzaqlaşdırılacaq. Ermənistanda lider başqası olacaq və bundan sonra ölkənin aqibətinin necə olacağı, haraya sürüklənəcəyi hələ məlum deyil”.

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin ekspert şurasının üzvü, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının ekspert-analitiki, psixologiya elmləri namizədi Anatoli Nikiforov bu barədə Oxu.Az-a şərhində bildirib.

“Paşinyanın 2020-ci il müharibəsi zamanı özünü necə apardığını xatırlayaq. O, qeyri-peşəkarlıq və eyni zamanda, siyasi volyuntarizm nümayiş etdirdi. Nəticədə Ermənistan heçə çevrildi. Azərbaycan isə qanuni ərazilərini qaytardı.

Lakin Kremldə çətin vəziyyətdə keçiddə atı dəyişdirməmək qərarına gəliblər. Və beləliklə, Nikol Paşinyan ilin əvvəlində KTMT-nin Qazaxıstandakı münaqişənin həlli üzrə əməliyyatına şərti olaraq “rəhbərlik etdi”.

Həll olunmamış münaqişə ilə bağlı bütün ifadələr isə şərdəndir, baxmayaraq ki, bəzi xam məqamlar var. Amma bu qəbildən olan siyasətçiyə (Paşinyan kimi - red.) inanmağa dəyməz. Ondansa gəlin Rusiya və Azərbaycana daha yaxşı nəzər salaq. Bu, daha maraqlı, daha doğru və daha güclüdür”, - deyə rusiyalı ekspert əlavə edib.

Nail Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri