14 
İyn
2022
19:42
357
37
1699
Virtual karabakh

Türkiyənin Azərbaycandakı səfiri Şuşadan yeni görüntülər paylaşıb - YENİLƏNİB + FOTO

14 İyn, 2022
19:42
1699

Türkiyənin Azərbaycandakı səfiri Şuşadan yeni görüntülər paylaşıb - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Şuşaya səfərindən yeni görüntülər paylaşıb.

Diplomat özünün “Twitter” hesabında Türkiyənin sabiq baş naziri, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım, həmçinin digər şəxslərlə birgə çəkilmiş fotolarını dərc edib.

Səfir şəkillərin Şuşa Bəyannaməsinin ildönümü münasibətilə çəkilmiş xatirə fotoları olduğunu qeyd edib.

17:18

İyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasının bir ili tamam olur. Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı bu münasibətlə Şuşaya səfər edib.

Diplomat bu barədə özünün “Twitter” hesabında xəbər verib.

“Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümündə Şuşa yolundayıq”, - yazan səfir, paylaşımına “Bir millət, iki dövlət” həştəqini və fotolar əlavə edib.

Xatırladaq ki, Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri