16 
İyn
2022
11:43
62
7
408
Virtual karabakh

Gürcüstan Prezidenti: “Bu gün dünya mürəkkəb çağırışlarla üzləşib”

16 İyn, 2022
11:43
408

Gürcüstan Prezidenti: “Bu gün dünya mürəkkəb çağırışlarla üzləşib”

“Biz bu gün çoxçağırışlı bir dövrdə görüşürük. Bu gün dünya mürəkkəb çağırışlarla üzləşib”.

“Report”un xəbərinə görə, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

“Bu ilin fevralından dünya Ukraynada baş verən müharibəyə şahidlik edir. Ukraynaya böhtan atılmaqla müharibəyə başlanılıb. Bu, sivil insanların həlak olmasına gətirib çıxarıb. 1991, 1992, 2008-ci illərdə Rusiyanın Gürcüstana qarşı təcavüzlərini unutmalı deyilik. Ukraynaya həmrəyliyimizi nümayiş etdirməliyik.

Biz müharibə zamanı sivillərin hüquqlarının tapdalanmasını yaddan çıxarmamalıyıq. Rusiya müharibəni dərinləşdirir. Bu da enerji və qida qıtlığı ilə nəticələnir. Biz nifrət nitqinə qarşı da çıxış etməliyik” , - deyə o vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri