16 
İyn
2022
11:47
81
9
609
Virtual karabakh

Salome Zurabişvili: “Cənubi Qafqaz artıq mərkəzi meydançadır”

16 İyn, 2022
11:47
609

Salome Zurabişvili: “Cənubi Qafqaz artıq mərkəzi meydançadır”

“Cənubi Qafqazda hələ də sovet ittifaqının keçmiş miraslarının nəticələrini görürük. Biz tam müstəqil olana qədər mübarizə aparmalıyıq”.

“Report”un xəbərinə görə, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

“Bütün münaqişələrin həlli yollarını tapmalıyıq. Bizim ərazilərimizin 20 faizi işğal altındadır. Yenidən ərazi bütövlüyümüzün bərpasına çalışırıq. Gürcüstan ərazi bütövlüyünün bərpasına nail olmağa, işğal altında olan ərazilərimizdə yaşayanların da bizə qoşulmasına çalışır. Cənubi Qafqaz artıq mərkəzi meydançadır”, - deyə o vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri