17 
İyn
2022
15:00
51
15
376
Virtual karabakh

Rumıniyanın sabiq XİN rəhbəri: “Cənubi Qafqazda cərəyan edən hadisələr ümid yaradır”

17 İyn, 2022
15:00
376

Rumıniyanın sabiq XİN rəhbəri: “Cənubi Qafqazda cərəyan edən hadisələr ümid yaradır”

“Yaxın keçmişdə Cənubi Qafqazda cərəyan edən hadisələr optimizm üçün ümid yaradır”.

“Report” xəbər verir ki, bunu IX Qlobal Bakı Forumu çərçivəsində “Cənubi Qafqaz, barışıq, əməkdaşlıq və inteqrasiya” mövzusunda keçirilən paneldə Rumıniyanın sabiq xarici işlər naziri Lazar Komanesku bildirib.

O, üç region ölkəsinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) üzvü olduğunu və bu təşkilata töhfə verdiyini xatırladıb.

“Azərbaycan Prezidentinin və xarici işlər naziri müavininin sözləri məni ruhlandırdı. Ümid edirəm ki, Azərbaycan və Ermənistan həll yolunu tapacaqlar və münasibətlərini normallaşdıracaqlar”, - sabiq XİN rəhbəri deyib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri