18 
İyn
2022
09:34
80
18
510
Virtual karabakh

BMT-nin rezident əlaqələndiricisi: “Heç kim nifrət etmək üçün doğulmur”

18 İyn, 2022
09:34
510

BMT-nin rezident əlaqələndiricisi: “Heç kim nifrət etmək üçün doğulmur”

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Nifrət nitqinə qarşı beynəlxalq mübarizə günü münasibətilə müraciət edib.

“Report” xəbər verir ki, müraciətdə deyilir:

“Bu il ilk dəfə Nifrət nitqinə qarşı beynəlxalq mübarizə gününü qeyd edirik.

2021-ci il iyul ayında BMT Baş Assambleyası “nifrət nitqinin yayılması və genişlənməsi” ilə bağlı qlobal narahatlığı vurğulayaraq, “nifrət nitqi ilə mübarizədə dinlərarası və mədəniyyətlərarası dialoqun və tolerantlığın təşviqi” haqqında qətnamə qəbul edib.

Təəssüf ki, nifrət nitqi halları dünyanın hər yerində artmaqdadır. Bu, hər kəsə təsir edir.
Nifrət nitqi zorakılığa sövq etmək, sosial birliyi və tolerantlığı zəiflətməklə yanaşı, psixoloji, emosional və fiziki zərər vurmaq potensialına malikdir.

Yeni kommunikasiya texnologiyaları sayəsində onun miqyası və təsir dairəsi daha da genişlənir.
Lazımi diqqət yetirilməsə, nifrət nitqi sülhə və inkişafa zərər vura bilər, çünki o, münaqişələr və gərginliklər, habelə genişmiqyaslı insan hüquqlarının pozulmasına zəmin yaradır.
Nifrət nitqinə qarşı beynəlxalq mübarizə günü BMT-nin Nifrət Nitqinə qarşı Strategiya və Fəaliyyət Planından irəli gələn təşəbbüsdür.

Bu strategiyaya uyğun olaraq, BMT Azərbaycanda və qonşu ölkələrdə dinc, inklüziv və ədalətli cəmiyyətləri qurmaq üçün vətəndaş cəmiyyəti və gənclərin sosial media da daxil olmaqla, nifrət nitqinin qarşısının alınması və müxtəlif vəkillik təşəbbüslərində fəal iştirakını dəstəkləyir.

Nifrət nitqinin bütün hallarına qarşı qətiyyətlə çıxış etmək mənəvi borcumuzdur. Bu bəlaya qarşı mübarizədə hər birimizin vacib rolu var.

Heç kim nifrət etmək üçün doğulmur. Nifrət - öyrədilir. Lakin o, birgə fəaliyyətlər, dialoq və qarşılıqlı anlaşma ilə unutdurula bilər”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri