20 
İyn
2022
12:12
18
84
2026
Virtual karabakh

TƏBİB pandemiya dövründə ən böyük problemlərdən birini açıqladı

20 İyn, 2022
12:12
2026

TƏBİB pandemiya dövründə ən böyük problemlərdən birini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Koronavirusla mübarizə dövründə ən böyük problemlərdən biri məhz oksigen təminatı ilə bağlı olub. Çünki ölkədə heç vaxt bu qədər oksigen təminatına ehtiyac olmayıb”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü layihəsinin bağlanış mərasimində deyib.

O bildirib ki, bu işin təşkili və yaranmış problemlərin qiymətləndirilməsi olduqca vacib idi:

“Təbii ki, daxildə bu qiymətləndirmə aparılmışdı və müvafiq boşluqları müəyyən edərək onların aradan qaldırılması üçün işlər də görülmüşdü. Lakin kənardan baxışın keçirilməsi olduqca önəmli idi. Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı müraciətimizə operativ reaksiya verdi və onların ekspertləri tərəfindən yerində qiymətləndirmə aparıldı. Azərbaycan tərəfindən də pandemiya zamanı özümüzə xas işlər görülüb. Ölkədə koronavirus pandemiyası başlayandan Azərbaycan öz yolunu tutdu. Prezident İlham Əliyevin nəzarəti altında bütün tədbirlər həyata keçirildi. Bu sahədə əldə edilən uğur pandemiyanın tək səhiyyə sahəsinin deyil, bütün ölkənin problemi kimi qəbul edilməsinin nəticəsidir. Dövlət qurumları ilə birgə beynəlxalq qurumların da Azərbaycanın yanında olması müsbət amildir”.

TƏBİB rəsmisi qeyd edib ki, pandemiyanın ilk dövründə Azərbaycan dövləti tərəfindən COVID-19-la mübarizə tədbirləri üçün böyük büdcə ayrılmışdı:

“Bu istiqamətdə atılan addımlardan biri də ölkəyə fərdi qoruyucu vasitələrin gətirilməsi idi. Əfsus ki, pandemiya səbəbindən bir çox ölkələrdən hər-hansı tibbi avadanlığın gətirilməsində çətinlik yaranırdı. Tibb işçilərini qorumaq üçün bütün resurslardan istifadə olundu. ÜST həmin dövrdə fərdi qoruyucu vasitələrin ölkəyə gətirilməsini təmin etdi”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri