21 
İyn
2022
11:48
152
7
2039
Virtual karabakh

Ermənistan siyasi kriminala qayıdır: Paşinyan haqda mənfi ifadələrinə görə öldürüldülər - FOTO

21 İyn, 2022
11:48
2039

Ermənistan siyasi kriminala qayıdır: Paşinyan haqda mənfi ifadələrinə görə öldürüldülər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda kriminal çəkişmələr getdikcə artır və bunun arxasında hökumətyönlü strukturlar dayanır. Yenidən təhlükə qoxusu gəlməyə başlayıb. Əslində, orada bir neçə il əvvəl də hökumət kriminalla aşkar calağını nümayiş etdirirdi. Eks-prezident Serj Sarqsyanın qardaşı isə, xatırladığım qədərilə, ölkədə tanınmış kriminal avtoritet idi. Beləliklə, hər şey normala dönmüş kimi görünür.

Bu barədə Caliber.Az-ın dərc etdiyi materialda deyilir.

İyunun 19-da Ermənistanın Aparan şəhərində siyasi çalarlı növbəti kriminal atışma olub. Nəticədə beş nəfər yaralanıb, iki nəfər ölüb. Yerli mediada yayılan məlumata görə, baş nazir Nikol Paşinyanın tərəfdarları Ermənistanın hökumət başçısı haqqında mənfi fikirlər söyləyən bir qrup gəncə “Kalaşnikov” avtomatından atəş açıblar. Məlum olub ki, atəş açanların yanında Paşinyanın fraksiyasından olan deputatın qardaşı Matevos Asatryan və Araqatsotn vilayətinin vitse-qubernatorunun əmisi oğlu Edqar Parvanyan da olub.

Ölənlərin adları da diqqətəlayiqdir; onlardan biri Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin əməkdaşı Amik Mikaelyandır. Digər ölən isə Aparan şəhərinin merinin qardaşı oğludur. Beləliklə, bu, sıravi kəndlilər arasında “söhbət həll eləmək” deyildi.

Qarşıdurmanın hər iki tərəfinin nümayəndələri ilə bağlı bütün məlumatları nəzərə alanda qanlı “ox” daha çox Siciliya mafiyasının 50 il əvvəlki - kriminal və qohumbazlığın bütün hakimiyyət və cəmiyyətin qollarına nüfuz etdiyi zamankı fəaliyyəti haqqında filmi xatırladır.

Elə bu atışma və qurbanlar barədə hadisədən də belə görünür ki, qaranlıq məsələdir: Baxmayaraq ki, hələ istintaq aparılmamışdı, polis qarşıdurmanın hər-hansı siyasi əsasını dərhal rədd etdi. Bundan əlavə, tələm-tələsik əsas versiya kimi “ov tüfəngindən atəş” kimi tamamilə ağlasığmaz bir iddia irəli sürüldü. Lakin ov tüfəngindən açılan atəşlə beş nəfərin yaralanması və iki nəfərin öldürülməsinə Ermənistanda heç kim inanmadı.

Artıq ölkə ictimaiyyəti bu hadisəyə şiddətlə etiraz etməyə başlayıb. Bəzilərinin fikrincə, bu cür tələsik təkzib onu göstərir ki, polis özü hakimiyyətin maraqlarına uyğun siyasi bəyanatlar verir. Hüquq müdafiəçisi Ruben Melikyan bu münasibətlə deyib ki, polisin bircə biabırçı hesabatı bütün istintaqı şübhə altına almaq üçün kifayətdir.

Belə... Məxməri inqilabın mexanizmi aydın şəkildə tıxanmağa və paslanmağa başlayır. Ermənistanda isə artıq xatırlayırlar ki, Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gələndə məsələlərin daha silahla həll olunmayacağını bəyan etmişdi. Ancaq 2022-ci ilin ən son nümunələrindən göründüyü kimi, məsələlər məhz bunun iştirakı ilə həll olunur. Bu mənada baş nazir cinayətkar sələfləri Koçaryan və Sarqsyanla müqayisədə zərrə qədər də qabağa gedə bilməyib.

Yeri gəlmişkən, 2020-ci il noyabrın 13-də parlamentdə gecə iğtişaşlarının iştirakçısı olan 27 yaşlı Qarnik Petrosyan Milli Təhlükəsizlik Xidmətində dindirildikdən dərhal sonra özünü körpüdən atıb. Xatırladaq ki, Ermənistanın kapitulyasiyası gecəsi Milli Məclisin binasına soxularaq iğtişaş törədən vətəndaşlar arasında Petrosyan da olub. Həmin gün Petrosyan saxlanılıb. Noyabrın 13-də Petrosyanın həbsi ilə bağlı İrəvan ümumi yurisdiksiya məhkəməsində vəsatət qaldırılıb. Həmin gün saat 21:00-da Petrosyanın həbs müddəti başa çatıb və o, dindirildikdən sonra sərbəst buraxılıb. Petrosyan noyabrın 13-də saat 22:04-də, yəni MTX-də dindirilmə bitdikdən bir saat sonra özünü körpüdən atıb. Baş Prokurorluğun 27 yaşlı gəncin öldürülməsi ilə bağlı deyilənləri təkzib etməyinə baxmayaraq, artıq İrəvan ətrafında məşum xəbərlər yayılmışdı.

Erməni postsovet “demokratiyası”nın tarixinə baxsaq, sadəcə kriminalla dolu olduğunu görərik. Nədənsə bu, məhz Ermənistanda yaxşı kök saldı. Əslində cinayətkarlıq – erməniliyin, onların qanlı münaqişələrə, gizli küçə qətllərinə, günahsız və silahsızlara qarşı repressiyalara məhəbbətinin aşkar fərqləndirici xüsusiyyətidir. Hələ 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində erməni daşnakları zorakılıq və qətlləri öz doktrinalarının bir hissəsi kimi elan etmişlər ki, bu da sonralar “erməni terrorizmi” kimi terminin yaranmasına səbəb oldu. Artıq 20-ci əsrin ortalarında ASALA terror təşkilatı diplomatların və siyasətçilərin öldürülməsini həyata keçirməklə planetin ən təhlükəli təşkilatlarından birinə çevrildi.

Vətəndaş cəmiyyətinə gəlincə, eks-prezidentlər Koçaryanın və Sarqsyanın hakimiyyətləri qorxulu kriminal xronikalarla dolub-daşıb. O vaxtlar siyasi fikir ayrılıqları daha çox odlu silahın köməyi ilə həll edilirdi.

Apofeoz 1999-cu il oktyabrın 27-də Ermənistan Milli Məclisində respublikada ciddi siyasi böhrana səbəb olan terror aktı idi. Bir qrup silahlı şəxsin hücumu nəticəsində Ermənistanın baş naziri Vazgen Sarkisyan, Milli Məclisin sədri Karen Dəmirçiyan və hökumət üzvlərindən, Milli Məclisin deputatlarından ibarət altı nəfər öldürüldü. Daha yeddi nəfər yaralandı, 40-dan çox insan girov götürüldü.

2021-ci ildə isə İrəvanda ümumi yurisdiksiya məhkəməsi 2001-ci ildə İrəvandakı “Araqast” kafesində Poqos Poqosyanın qətli ilə bağlı məhkəmə prosesini bərpa edib. Poqosyan sadəcə Ermənistanın ovaxtkı prezidenti Robert Koçaryana “Salam, Rob” deyə müraciət etdiyi üçün öldürülmüşdü. Cinayət işinin materiallarına görə, onu Koçaryanın mühafizəçisi Aqamal Arutyunyan kafenin tualetində ölümcül döymüşdü.

“Sasna Tsrer” siyasi qruplaşmasının polis idarəsini ələ keçirməsini də (hansı ki, bir neçə erməni polis zabitinin ölümü ilə nəticələnmişdi), 2020-ci ilin noyabrında Ermənistanın biabırçı kapitulyasiyasından sonra kriminallaşmış ünsürlərin hazırkı xarici işlər nazirini, o zaman isə Ermənistan Milli Məclisinin spikeri Ararat Mirzoyanı praktiki olaraq linç etmələrini də unutmaq mümkün deyil.

Belə bir kriminal Ermənistan... Baxmayaraq ki, Qərb onlarda demokratiyanı tərifləyir. İkili standartlar? Olduqca. Kriminal iyi gəlsə belə...

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri