22 
İyn
2022
11:39
104
14
2837
Virtual karabakh

Vladimir Salyayev: “Çətin ki, bütün erməni xalqı yekdilliklə müharibəyə getsin” - MÜSAHİBƏ

22 İyn, 2022
11:39
2837

Vladimir Salyayev: “Çətin ki, bütün erməni xalqı yekdilliklə müharibəyə getsin” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də Bakıda işgüzar səfərdə olacaq və Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla planlaşdırılan danışıqların əsas mövzularından birinin 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların reallaşması prosesi ilə bağlı olacağı gözlənilir.

Son hadisələr, Ermənistandakı etirazlar, bəyanatlar, o cümlədən rəsmi İrəvanın bəyanatları fonunda belə bir fikir yaranır ki, Bakı və Moskva Cənubi Qafqaz regionunda, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyətin stabilləşdirilməsi məsələlərində oxşar mövqedən çıxış edirlər. Əldə olunan razılaşmaların reallaşdırılması məsələlərini isə yalnız İrəvan ləngidir.

Bakı açıq-aydın deyir ki, Ermənistan-Azərbaycan nizamlanmasında ATƏT olmayacaq, Minsk qrupu öz funksiyasını itirib, Qarabağ məsələsi isə bağlanıb. Bəli, Moskvada da dəfələrlə bildirilib ki, Qarabağ – Azərbaycandır və burada müzakirə olunacaq bir şey yoxdur. Amma İrəvanda, Vaşinqtonda, Parisdə davamlı olaraq ATƏT-in Minsk qrupu və Qarabağ məsələsinin həll olunmaması ilə bağlı mövzular müzakirə olunur.

Məsələn, ABŞ-ın Ermənistandakı səfirliyi bu yaxınlarda bəyanat yayıb. Orada “münaqişənin əsas aspektlərinin, o cümlədən “Dağlıq Qarabağ”ın statusunun həll olunmamış qaldığı”, ABŞ-ın isə ikitərəfli danışıqlarda iştirak və eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədri kimi həmfikir insanların cəlb edilməsi yolu ilə Ermənistan və Azərbaycana kömək etmək öhdəliyini götürdüyü qeyd olunur.  

Həmçinin Ermənistan prezidenti Vaaqn Xaçaturyan da bəyan edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlik institutu Rusiya, ABŞ və Fransanın danışıqlar masası arxasında birgə əyləşəcəyi xüsusi platformaya çevrilə bilər. O, nədənsə əmindir ki, “Minsk qrupunun bütün həmsədrləri “Dağlıq Qarabağ” münaqişəsinin həll olunmadığına inanırlar”.

Rusiya Siyasi İnformasiya Mərkəzinin aparıcı mütəxəssisi Vladimir Salyayev Oxu.Az-ın suallarını cavablandırarkən qeyd edib ki, Qərb və Avropa ölkələrinin iştirakı ilə əksər beynəlxalq formatlar o qədər də effektivlik nümayiş etdirmir, bu elə ATƏT-in Minsk qrupuna da aiddir: “Bu nöqteyi-nəzərdən hazırda Moskva və Bakının mövqeləri oxşardır”.

- Bəs Sergey Lavrovun Azərbaycana səfərindən nə gözləmək olar? Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova artıq Azərbaycan, Rusiya və Ermənistan başçılarının imzaladıqları üçtərəfli bəyanatların reallaşması ilə bağlı məsələlərin müzakirə ediləcəyini bildirib. Və burada böyük suallar yalnız Ermənistanla prosesi ləngidən yeganə ölkə ilə bağlıdır. Ola bilərmi ki, bu səfərdən sonra Lavrov hansısa yolla rəsmi İrəvanı “sürətləndirməyə” çalışsın?

- Məncə, bəli. Baxın, nəqliyyat dəhlizlərinin açılması məsələləri Rusiya üçün də çox vacibdir. Logistik zəncirlərin qırılması ilə bağlı problem var. Malların çatdırılması üçün yeni marşrutların, alternativ ticarət yollarının yaradılmasını təmin etmək Rusiyanın maraqlarına uyğundur. Cənubi Qafqaz isə hazırda Avropa İttifaqı ilə qırılmış logistik zəncirləri əvəz edəcək potensial “giriş nöqtələri”ndən biridir.

İkinci vacib məqam Rusiya Federasiyasının son dərəcə maraqlı olduğu Rusiyanın cənub sərhədlərində sabitlikdir. Söhbət bütün kompleksdən, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin həlli üçün diplomatik fəaliyyətdən gedir. Ermənistanla bağlı sual qalır - orada daxili siyasi vəziyyət necə inkişaf edəcək?

Hazırda Ermənistanın baş naziri Nikol Paşinyanın əldə olunmuş razılaşmaların icrası ilə bağlı problemləri var. Eyni zamanda nizamlanmada onun da açıq-aydın marağı var. Bəs vəziyyət bundan sonra necə inkişaf edəcək, xarici oyunçular nə dərəcədə təsir edə biləcəklər və Ermənistanın “hərarətinin qalxmaması” ilə bağlı vəziyyət necə olacaq?

- Xarici oyunçulardan söz düşmüşkən... Ermənistan müxalifəti açıq şəkildə Qərbə - ABŞ və Fransaya müraciət edir. Düşünürlər ki, onlar Ermənistan ordusunu yenidən silahlandıracaqlar, ölkə müharibəyə başlayacaq və qalib gələcək...

- Müxalifətin bu bəyanatlarını qəbul edən öz auditoriyası var. Və bu cür bəyanatlar pay nisbətini qaldırmağa imkan verir. Amma mənim fikrimcə, çətin ki, bütün erməni xalqı yekdilliklə müharibəyə getsin.

- Yəni nitqlər səslənməkdə davam edir, amma Ermənistanda heç kim döyüşmək istəməyəcək?

- Məncə, bəli. Baxmayaraq ki, auditoriyanın müəyyən hissəsi, dediyim kimi, bu bəyanatları qəbul edir və buna görə də küçə aksiyaları ola bilər, amma bundan başqa heç nə. Ən azından, yaxın gələcəkdə məsələ sözlərdən (müharibə haqqında - red.) o tərəfə keçməyəcək.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri