24 
İyn
2022
14:57
168
162
3862
Virtual karabakh

Siyasi partiya sədrləri Həkəri çayına balıq buraxdılar - YENİLƏNİB + FOTO

24 İyn, 2022
14:57
3862

Siyasi partiya sədrləri Həkəri çayına balıq buraxdılar - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zəngilan rayonunda səfərdə olan Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloq Həkəri çayına balıq buraxılma mərasimində iştirak ediblər.

“Report”un Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, partiya sədrləri prosesə qoşularaq çaya balıq buraxıblar.

Xatırladaq ki, Prezident Administrasiyasının təşkilatçılığı ilə həyata keçirilən səfərdə 40 siyasi partiyanın 46 nümayəndəsi, həmçinin 6 tanınmış politoloq, siyasi şərhçi və 19 jurnalist iştirak edir.

14:29

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloq Zəngilan rayonunda səfərdədir.

“Report”un Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, onlar rayonda aparılan bərpa-quruculuq layihələri ilə yaxından tanış olacaqlar.

Həmçinin iştirakçılara “Böyük qayıdış”ın rəmzi olan “Ağıllı kənd” və “Yaşıl enerji” layihələri çərçivəsində görülmüş işlərlə bağlı geniş məlumat veriləcək. 

Daha sonra partiya sədrləri Bəsitçay Dövlət Təbiət Qoruğunu da ziyarət edəcəklər.

09:58

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloqun işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb.

“Report”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident Administrasiyasının təşkilatçılığı ilə həyata keçirilən səfərdə 40 siyasi partiyanın 46 nümayəndəsi, həmçinin altı tanınmış politoloq, siyasi şərhçi və 19 jurnalist iştirak edir.

Onlar əvvəlcə Cəbrayıl rayonuna səfər edəcəklər. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən iştirakçılara aparılan minatəmizləmə fəaliyyəti barədə geniş məlumat veriləcək.

Daha sonra isə partiya sədrləri Zəngilan rayonuna yola düşəcəklər. Onlar rayonda aparılan bərpa-quruculuq layihələri ilə yaxından tanış olacaqlar.

Qeyd edək ki, bu, iqtidar və müxalifət nümayəndələrinin azad edilmiş ərazilərə sayca dördüncü səfəridir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri