28 
İyn
2022
18:53
15
54
563
Virtual karabakh

Azərbaycan nümayəndə heyəti “UN-Habitat” ilə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə edib

28 İyn, 2022
18:53
563

Azərbaycan nümayəndə heyəti “UN-Habitat” ilə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə edib

Ümumdünya Şəhər Forumunun (WUF11) XI sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyəti BMT-nin Yaşayış Məskənləri Proqramının (“UN-Habitat”) və şəhərlərin inkişafının dəstəklənməsi üzrə “URBAN lab” layihəsinin nümayəndələri ilə görüşüb.

“Report”un Ümumdünya Şəhər Forumunda iştirak etmək üçün Polşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, görüş zamanı Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Yaşayış Məskənləri Proqramının nümayəndələrinə ölkəmizin 30 illik işğaldan sonra azad edilmiş ərazilərində infrastrukturun bərpasının Azərbaycan üçün prioritet məsələ olduğunu bildirib və burada görülən işlər barədə məlumat verib.

Onun sözlərinə görə, “UN-Habitat”ın dağılmış şəhərlərin bərpası üzrə təcrübəsi Azərbaycan üçün faydalı ola bilər.

A.Quliyev deyib ki, artıq bir sıra şəhərlərin, o cümlədən Ağdam, Füzuli, Zəngilanın baş planları hazırlanıb və bu günlərdə Kəlbəcərin bərpası planı dövlət başçısına təqdim olunub: “Biz bu məsələdə xarici ekspertlərlə sıx əməkdaşlıq edirik”.

O, azad edilmiş ərazilərdə “ağıllı şəhər/kənd” konsepsiyasının həyata keçirildiyini, “yaşıl enerji” zonasının yaradılmasının nəzərdə tutulduğunu vurğulayıb. A.Quliyev əlavə edib ki, azad edilmiş ərazilərdə 3 beynəlxalq hava limanı olacaq və onlardan biri artıq Füzulidə fəaliyyət göstərir.

“Biz “UN-Habitat” təşkilatı ilə sıx əməkdaşlıq edirik və artıq birgə fəaliyyətin bir neçə istiqaməti üzrə razılığa gəlmişik”, - dövlət komitəsinin sədri bildirib. Onun sözlərinə görə, BMT-nin Yaşayış Məskənləri Proqramı Azərbaycanda təmsil olunarsa, bu, əməkdaşlığı daha da intensivləşdirəcək.

Görüş zamanı tərəflər bu ilin payızında Azərbaycanda Milli Şəhərlər Forumunun keçirilməsi imkanlarını müzakirə ediblər.

Qeyd edək ki, görüşdə Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov və Azərbaycan Prezidenti Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş şöbəsinin Rəqəmsal media ilə iş sektorunun baş məsləhətçisi Sultan Hacıyev də iştirak edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri