29 
İyn
2022
11:37
220
14
1970
Virtual karabakh

Səfir: “Azərbaycanın Gürcüstanla quru sərhədini açacağına ümid edirik”

29 İyn, 2022
11:37
1970

Səfir: “Azərbaycanın Gürcüstanla quru sərhədini açacağına ümid edirik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın Gürcüstanla quru sərhədini açacağına ümid edirik”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes-forumunda qonşu ölkənin səfiri Zurab Pataradze bildirib.

O, həmçinin deyib ki, quru sərhədlərinin bağlı olması fonunda iki ölkə arasında aviasiya əlaqələri getdikcə artırılır və “Azərbaycan Hava Yolları” QSC (AZAL) gələn aydan etibarən Bakıdan Tbilisiyə həftədə 3 dəfə reyslər həyata keçirəcək.

Xatırladaq ki, Bakı-Tbilisi aviareyslərini AZAL-ın aşağı büdcəli törəməsi “Buta Airways” də gündəlik yerinə yetirir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri