29 
İyn
2022
11:46
101
10
806
Virtual karabakh

Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

29 İyn, 2022
11:46
806

Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il Tbilisidə Azərbaycanla Gürcüstan arasında Hökumətlərarası Komissiyanın iclası, eləcə də iki ölkənin iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək.

“Report” xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda bildirib.

“Əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Postpandemiya dövründə daha da aktiv olmalıyıq. Bugünkü tədbir ikitərəfli əlaqələrə, əməkdaşlığa töhfə verəcək. Ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Uzun əsrlər davam edən münasibətlər var, postpandemiya dövründə bir neçə yüksək səviyyəli görüş həyata keçirilib. Biz bir sıra istiqamətlərdə əməkdaşlıq edirik”, - Z.Pataradze vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri