29 
İyn
2022
14:30
229
31
3428
Virtual karabakh

Polad Bülbüloğlu Rusiyadan Babayanla bağlı izahat İSTƏDİ

29 İyn, 2022
14:30
3428

Polad Bülbüloğlu Rusiyadan Babayanla bağlı izahat İSTƏDİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Özünü “Artsax Respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanın 21-27 iyun tarixlərində Rusiyaya “işgüzar səfər” etməsi və burada bir sıra görüşlər keçirməsinə dair erməni KİV-də yayılmış xəbərlərlə bağlı səfir Polad Bülbüloğlu tərəfindən Rusiya Federasiyasının səlahiyyətli orqanlarına sorğu ilə müraciət olunub”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfirliyi bəyan edib.

Səfirliyin yaydığı məlumatda bildirilib:

“Rusiya tərəfindən daxil olmuş rəsmi məlumata əsasən bildiririk ki, yuxarıda adı çəkilən şəxsin göstərilən tarixlərdə Rusiya ərazisində olması şəxsi məqsədlərlə əlaqədar olub, bu səbəbdən də tirajlanan “işgüzar səfər” xəbərləri həqiqəti əks etdirmir. Burada keçirdiyi bütün görüşlər şəxsi xarakter daşıyıb və Rusiyanın heç bir rəsmi şəxsi onunla görüşməyib.

Səfirlik bir daha vurğulayır ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli şəxslər Rusiya ərazisinə Ermənistan Respublikasının pasportu ilə daxil olurlar, belə “səfərlər” barədə yayılan xəbərlər təxribat xarakteri daşıyır, məqsədi ictimaiyyəti çaşdırmaq və Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaqdır”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri